Yevlax rayonu ərazisində yaradılacaq pilot aqropark layihəsi üzrə tikintisi nəzərdə tutulan ərazilərdə torpaq və qrunt sularının analizlərinin aparılması işlərinin satın alınması üçün kotirovka sorğusu keçirilir
17 February,2021 12:01

“Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən Yevlax rayonu ərazisində yaradılacaq pilot aqropark layihəsi üzrə tikintisi nəzərdə tutulan ərazilərdə torpaq və qrunt sularının analizlərinin aparılması işlərinin satın alınması üçün kotirovka sorğusu keçirir.

 

Kotirovka sorğusu iştirakçılarına təklif edilir ki, qiymət təkliflərini möhürlənmiş və imzalanmış şəkildə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Prosedurda iştirak etmək istəyənlər Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisindən yazılı müraciət etməklə əldə edə bilərlər. Əlaqələndirici şəxs – Abbas Mamedov (telefon: 012-488-80-65)

 

İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • Kotirovka sorğusunda iştirak etmək üçün müraciət;
  • İddiaçının tam adı, təşkilatın hüquqi forması, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri, dövlət reyestrindən çıxarış və ƏDV ödəyicisinin qeydiyyat bildirişinin təsdiqlənmiş surətləri və ya sistemdən çıxarış;
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • Azərbaycan Respublikasında daimi fəaliyyətə və müvafiq iş təcrübəsinə malik olması;
  • Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olmasını təsdiq edən sənəd (əmr, təsisçilərin yığıncağının qərarı və s.);
  • Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan təkliflər Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 

Kotirovka sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir.

 

İddiaçılar prosedurda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 22 fevral  2021-ci il saat 12:00-dək “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” ünvanında yerləşən ofisinə yazılı formada təqdim etməlidirlər.

 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

İddiaçıların təklifləri 22 fevral 2021-ci il, saat 16:00-da Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” də yerləşən ofisində, iclas zalında açılacaqdır.

 

Zərflərin açılmasında iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.