Azerbaijan has started exporting polypropylene to Peru for the first time
19 June,2023 16:09

Azərbaycan ilk dəfə olaraq Peruya HB 0356 FR markalı polipropilenin ixracına başlayıb.

 

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişlənir. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib. 

 

Qeyd: “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsal edir. Müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna və s.) “Made In Azerbaijan” brendi ilə ixrac edilib.