EZDA was presented at the meeting of the intergovernmental commission
18 July,2023 09:45

İyulun 18-də Şuşa şəhərində keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın iclasında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) təqdimatı olub.

 

İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün mövcud investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verib.

 

Özbək iş adamları sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib.