Haqqında
Prioritetlər
Baş plan
İnfrastruktur
Loqistik imkanlar
Rezidentlər
Qaradağ Sənaye Parkı haqqında

Qaradağ Sənaye Parkı “Qaradağ Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli 1255 nömrəli Sərəncamı ilə yaradılmışdır.

 

 Sənaye parkının yaradılmasında məqsəd

 

  • Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Sahibkarlığın dəstəklənməsi;
  • Müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi;
  • Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.
498,3 milyon ABŞ dolları
İnvestisiya həcmi
727
İş yeri
72 hektar
Ərazi
Prioritet fəaliyyət istiqamətləri
1
Tankerlər
2
Kran daşıyıcılar
3
Quru yük gəmiləri
4
Yedək-təchizat gəmiləri
5
Sərnişin gəmiləri
6
Dalğıc gəmiləri
7
Müxtəlif növ balıqçı gəmiləri
8
Çoxməqsədli platforma-təchizat gəmiləri
9
Maye qaz daşıyıcı tankerlər
10
Sahil təhlükəsizlik qayıqları
11
Müxtəlif ölçülü gəmi pərləri
12
Digər növ gəmi, qayıq və avadanlıqların istehsalı və təmiri
Baş plan

Elektrik enerjisi təchizatı
16 MVA
Elektrik yarımstansiyasının ümumi gücü 16 MVA təşkil edir.
Təbii qaz təchizatı
1080 m3/saat
Qaradağ Sənaye Parkına təbii qaz təchizatı bütün təhlükəsizlik normalarına və müvafiq standartlara uyğun olaraq müəssisələrin tələblərini təmin edir. Gücü 1080 m3/saat təşkil edir.
Su təchizatı
Təmin edilir
Qaradağ Sənaye Parkında fəaliyyət göstərən müəssisələr müvafiq standartlara uyğun olaraq içməli və texniki su ilə təmin edilir. Bu təminatın fasiləsiz həyata keçirilməsi üçün sənaye parkının ərazisində içməli və texniki su anbarları, eləcə də nasosxanalar fəaliyyət göstərir. Eyni zamanda müəssisələrin tullantı, proses və yağış sularının axıdılması üçün sənaye parkında ayrı-ayrı xətlər mövcuddur.
Daxili avtomobil yolları
Təmin edilir
Qaradağ Sənaye Parkında avtomobillərin, o cümlədən yük avtomobillərinin rahat və maneəsiz hərəkəti üçün yüksək standartlara cavab verən daxili avtomobil xətləri inşa olunmuşdur və marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edir.
Fiber-optik kabel
FO-24/12
Qaradağ Sənaye Parkında müəssisələri yüksək sürətli internetlə təmin edən fiberoptik kabel xətti (FO-24/12) mövcuddur.
Loqistik imkanlar
30 km
Paytaxt Bakıdan 30 km məsafədə Qaradağ rayonunda yerləşir
64 km
Ələt qəsəbəsində yaranmaqda olan Azad İqtisadi Zonaya daxil olan Bakı Beynəlxalq Limanına 64 km məsafədə yerləşir
Daha çox
Rezidentlər
“Bakı Gəmiqayırna Zavodu” MMC
“Bakı Gəmiqayırna Zavodu” MMC

"Bakı Gəmiqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti Qaradağ Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Zavod Finlandiya, Niderland, Almaniya, Böyük Britaniya, Koreya və Sinqapur ölkələrinin texnologiyaları əsasında müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə dəniz və ofşor mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.

Telefon:
(+994 12) 446 49 44
Email:
marketing@bakushipyard.com