İnfrastruktur
Sənaye parklarında müasir və geniş infrastruktur təchizatı rezidentlərə “birbaşa qoşulma” (“Plug&Play”) prinsipi əsasında təklif olunur. Sənaye parklarında kanalizasiya xətləri, kimyəvi tullantı, yağış, içməli, texniki, yanğına qarşı su təchizatı şəbəkələri, təbii qaz təchizatı xətti, elektrik verilişi xətti, yarımstansıya, transformatorlar, paylanma məntəqələri, avtomobil və dəmir yolları, fiberoptik kabel xətti rezidentlərin istifadəsi üçün təklif olunur. Sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri təmin edilir.