Haqqında
Prioritetlər
Baş plan
İnfrastruktur
Loqistik imkanlar
Rezidentlər
Sabirabad Pilot Aqropark haqqında

İqtisadiyyat nazirinin F-116 nömrəli, 25 avqust 2020-ci il tarixli əmrinə uyğun olaraq Sabirabad rayonu ərazisində aqroparkların inkişafında yeni mərhələ kimi “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sabirabad Pilot Aqroparkın fəaliyyətinin təşkili işlərinə başlanılmışdır. Bu məqsədlə 7544 ha torpaq sahəsinin 8 investor arasında bölgüsü aparılmış və 7015 hektar ərazi üzrə 7 sahibkarlıq subyekti ilə Sabirabad RİH arasında torpaq icarə müqaviləsi bağlanılmış, digər 1 sahibkar tərəfindən müvafiq işlər aparılır.   

 

Aqroparkda investorlar tərəfindən qoyulacaq özəl investisiyanın həcmi 41 milyon manat, yaradılacaq yeni iş yerlərinin sayının isə 650-dən çox olması nəzərdə tutulur. Layihə çərçivəsində intensiv bağçılıq, toxumçuluq, heyvandarlıq, müasir əkinçilik təsərrüfatlarının və emal sahələrinin yaradılması ilə bağlı işlər apaılır. 

 

Aqroparkın yaradılmasında məqsəd

 

  • Aqrar sahədə inkişafın sürətləndirilməsi;
  • Kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi;
  • Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi;
  • İxracyönümlü məhsulların istehsalının artırılması;
  • Kiçik və orta sahibkarlığın inkişafı.
24 milyon ABŞ dolları
İnvestisiya həcmi
650
İş yeri
7544 hektar
Ərazi
Prioritet fəaliyyət istiqamətləri
1
Meyvə bağlarının salınması
2
Toxum (arpa, buğda, qarğıdalı, yonca və s.) istehsalı
3
Yem istehsalı
4
Emal sahələrin yaradılması
5
Heyvandarlıq sahələrinin yaradılması
6
Süd və pambığın ilkin emalı
Baş plan

Elektrik enerjisi təchizatı
Təmin edilir
Təmin edilir
Su təchizatı
Təmin edilir
Təmin edilir
Daxili avtomobil yolları
Təmin edilir
Təmin edilir
Loqistik imkanlar
150 km
Bakı şəhərinə 150 km məsafədə yerləşir
440 km
Gürcüstan sərhədinə (Qırmızı körpü) 440 km məsafədə yerləşir
Daha çox
Rezidentlər
Yevlax və Sabirabad pilot aqroparklarda sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdiriləcək. Belə ki, dövlət vəsaiti hesabına aqroparkların xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəncərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur.