İqtisadiyyat nazirinin F-116 nömrəli, 25 avqust 2020-ci il tarixli əmrinə uyğun olaraq Sabirabad rayonu ərazisində aqroparkların inkişafında yeni mərhələ kimi “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Sabirabad Pilot Aqroparkın fəaliyyətinin təşkili işlərinə başlanılmışdır. 7544 ha ərazini əhatə edən Aqroparkda hazırda 8 sahibkarlıq subyektinə rezidentlik statusu verilmişdir.
Aqroparkda investorlar tərəfindən qoyulacaq özəl investisiyanın həcmi 62,2 milyon manat, yaradılacaq yeni iş yerlərinin sayının isə 400-dən çox olması nəzərdə tutulur. Layihə çərçivəsində intensiv bağçılıq, toxumçuluq, heyvandarlıq, müasir əkinçilik təsərrüfatlarının və emal sahələrinin yaradılması ilə bağlı işlər apaılır.
Aqroparkın yaradılmasında məqsəd
- Aqrar sahədə inkişafın sürətləndirilməsi;
- Kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi;
- Ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi;
- İxracyönümlü məhsulların istehsalının artırılması;
- Kiçik və orta sahibkarlığın inkişafı.