“Juvotech” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 22.01 hektar sahədə intensiv badam, nektarin və nar bağı salınacaq.
İqtisadiyyat nazirinin 25 avqust 2020-ci il tarixli F-117 nömrəli əmrinə əsasən "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində Yevlax rayonu ərazisində pilot aqroparkın yaradılması ilə əlaqədar işlərə başlanılmışdır. Aqroparkın 2021-ci il dekabrın 4-də iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə rəmzi açılış mərasimi keçirilmişdir və aqroparkda ilk ağac əkilmişdir. Yevlax Pilot Aqroparkı ölkə ərazisində kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk aqroparkdır. Yevlax Pilot Aqroparkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün dövlət tərəfindən bir çox stimullaşadırıcı tədbirlər görülür və bu işlər mütəmadi olaraq davam etdiriləcək. Belə ki, dövlət vəsaiti hesabına aqroparkın xarici və daxili infrastruktur sisteminin qurulması, rezidentlərə investisiya təşviqi sənədinin verilməsi və vahid pəcərə sisteminin tətbiq edilməsi nəzərdə tutulur. Pilot aqroparkda müasir aqrar-sənaye kompleksinin yaradılması klaster fəaliyyətinin qurulması hesabına həyata keçiriləcək.
Aqroparkın ümumi ərazisi 2807 hektar təşkil edir, bunun da 1147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edəcək. Pilot aqroparkın 1147 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə veriləcək. Layihə çərçivəsində 1147 hektarlıq ərazinin 3 parselində (60 hektar) Dövlət Məşğulluq Agentliyi tərəfindən Yevlax və Goranboy rayonlarında və Mingəçevir şəhərində işaxtaran və işsiz şəxslərin, hər ailəyə 1 hektar olmaqla ümumilikdə 60 ailənin özünəməşğulluq proqramına cəlb edilməsi planlaşdırılır. Bu günə qədər 1687 hektar ərazi üzrə sahibkarlarla icarə müqavilələri bağlanmışdır.
Bundan başqa aqroparkın emal və sosial zonaları üçün nəzərdə tutulmuş 141 hektar ərazisinin 8 hektarında sosial zonanın, 45 hektarında 3000 başlıq ətlik heyvandarlıq kompleksinin, 11.1 hektarında illik istehsal gücü 16,5 milyon ədəd damazlıq yumurta olan quşçuluq təsərrüfatının və digər sahələrində isə emal müəssisələrinin və istehsal sahələrinin yaradılması planlaşdırılır.
Aqropark ərazisində əkin sahələrində məhsuldarlığın yüksəldilməsi və səmərəliliyin artırılması üçün ağıllı idarəetmə sisteminin tətbiqi, aqronom və biznes-konsaltinq xidmətlərin təşkili planlaşdırılır. İstehsal olunan məhsulların satış bazarının diversifikasiyası məqsədilə istehsalın beynəlxalq sertifikatlaşdırılmasına dəstək göstəriləcək.
Aqroparkın yaradılmasında məqsəd
“Juvotech” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 22.01 hektar sahədə intensiv badam, nektarin və nar bağı salınacaq.
“MKT İstehsalat Kommersiya” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 269.54 hektar sahədə bitkiçilik məhsullarının istehsalı (pambıq, buğda və s.) layihəsi həyata keçirilir.
Fərdi sahibkar Vidadi Süleymanova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 18.69 hektar sahədə intensiv nar bağı salınacaq.
Fərdi sahibkar Məmmədov Asif Akif oğluna Yevlax Pilot Aqroparkın rezident statusu verilib.
Yeni rezident tərəfindən aqroparkın 21.4 hektar sahəsində intensiv meyvə bağları salınacaq.
“Aran Zeytun” MMC Yevlax Pilot Aqroparkın rezidenti kimi qeydiyyatdan keçib.
Rezident tərəfindən Aqroparkın 28,5 hektar ərazisində intensiv meyvə bağları salınacaq.
“Dastan Agro” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 1028.63 hektar sahədə bitkiçilik məhsullarının istehsalı (arpa, buğda, şəkər çuğunduru) layihəsi həyata keçirilir.
“Azerbaijan Company For Poultry Development” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 11.79 hektar sahədə damazlıq quşçuluq təsərrüfatı yaradılır.
Fərdi sahibkar Vüqar Novruzova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 20.12 hektar sahədə intensiv nar bağı salınacaq.
Fərdi sahibkar Bəxtiyar Əsgərova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 18.17 hektar sahədə intensiv nar, gilas və nektarin bağları salınacaq.
Fərdi sahibkar Əli Əhmədova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 21.65 hektar sahədə intensiv nar bağı salınacaq.
Fərdi sahibkar Mirsahib Səmədova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 16.17 hektar sahədə intensiv zeytun bağı salınacaq.
Fərdi sahibkar Fəriyaz Rüstəmova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 18.73 hektar sahədə intensiv nar bağı salınıb.
Fərdi sahibkar Əhməd Muradovа Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 19.17 hektar sahədə intensiv nar bağı salınacaq.
Fərdi sahibkar Firdovsi Əhmədova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 19.82 hektar sahədə intensiv nar və ərik bağları salınıb, həmçinin 20.01 hektar sahədə tərəvəzçilik təsərrüfatı yaradılıb.
Fərdi sahibkar Mehti Ağagülova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 19.23 hektar sahədə intensiv ərik, şaftalı və nektarin bağları salınır.
Fərdi sahibkar Mehman Rəhimova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 17.99 hektar sahədə intensiv nar bağı salınıb.
Fərdi sahibkar Müşfik Hümmətliyə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 37.34 hektar sahədə intensiv ərik, şaftalı, alça, gavalı və nektarin bağları salınır.
Fərdi sahibkar Anar Qocayevə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 19.82 hektar sahədə intensiv nar bağı salınıb.
Fərdi sahibkar Məhərrəm Əsgərova Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 20.07 hektar sahədə intensiv ərik, şaftalı, gilas və nektarin bağları salınıb.
Fərdi sahibkar Tural Əfəndiyevə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Fərdi sahibkar tərəfindən 40,02 hektar sahədə intensiv zeytun bağı salınacaq.
“Tas agro” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 111,31 hektar sahədə intensiv ərik, şaftalı və nektarin bağları salınır.
“Yard Agro” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 37.6 hektar sahədə intensiv nektarin və şaftalı bağları salınacaq.
“Nyuvadi” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 20.45 hektar sahədə intensiv nar bağı salınıb.
“O Bağ” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 19.23 hektar sahədə intensiv nar və badam bağları salınır.
“Trade Global Company” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 37.65 hektar sahədə intensiv nar bağı salınacaq.
“Xar Agro” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 23.38 hektar sahədə intensiv nar, nektarin və şaftalı bağları salınacaq.
“Badamlıq” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 59.04 hektar sahədə intensiv badam bağı salınıb.
“Elkür” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 21.51 hektar sahədə intensiv nar bağı salınıb.
"Qulançar" MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 20.06 hektar sahədə intensiv nar bağı salınıb.
“Agrotop” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 60.26 hektar sahədə intensiv ərik, şaftalı və nektarin bağları salınır.
“Azting” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 19.98 hektar sahədə intensiv tingçilik (tut) təsərrüfatı yaradılacaq.
"Balxurma" MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 42.05 hektar sahədə intensiv xurma bağı salınacaq.
“Kronos Agro” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 40.04 hektar sahədə intensiv nektarin və şaftalı bağları salınır.
“İSFA” MMC-yə Yevlax Pilot Aqroparkın rezidenti statusu verilib.
Şirkət tərəfindən 52.04 hektar sahədə intensiv ərik, şaftalı, nektarin, alça və gilas bağları salınır, 6 hektar sahədə tingçilik təsərrüfatı yaradılıb.