17 mart,2022 12:54
Kənd təsərrüfatı məhsullarının istehsalında aqroparkların rolu artır
Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.