Haqqında
Prioritetlər
Baş plan
İnfrastruktur
Loqistik imkanlar
Rezidentlər
Sumqayıt Sənaye Parkı haqqında

Sumqayıt Sənaye Parkı Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə yaradılmışdır. 

 

Sənaye parkının yaradılmasında məqsəd

 

  • Ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin yaradılması;
  • Bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • Qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  • Əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.
3,2 milyard ABŞ dolları
İnvestisiya həcmi
6134
İş yeri
640 hektar
Ərazi
Prioritet fəaliyyət istiqamətləri
1
Kimya sənayesi məhsulları, o cümlədən qeyri-üzvi kimya, üzvi sintez kimyası, polimerlər kimyası, məişət kimyası və əczaçılıq kimyası məhsulları
2
Maşınqayırma sənayesi məhsulları, o cümlədən elektroenergetika üzrə məhsullar, dəzgah və alətqayırma, avtomobilqayırma, kənd təsərrüfatı üçün texnika və cihazqayırma məhsulları
3
Metallurgiya sənayesi məhsulları, metallurji proseslər üçün qatqılar, o cümlədən qara və əlvan metal məhsulları
4
Müxtəlif tikinti materialları
5
İnformasiya-kommunikasiya texnologiyaları məhsulları
6
Yüngül sənaye məhsulları
7
Qablaşdırma məhsulları
Baş plan

Elektrik enerjisi təchizatı
140 MVt
Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 2 ədəd 110/35/6 kV-luq və 1 ədəd 110/6 kV-luq elektrik yarımstansiyaları, 5 ədəd paylayıcı məntəqə, 22 ədəd transformator məntəqəsi fəaliyyət göstərir. Ümumi güc 140 MVt təşkil edir.
Təbii qaz təchizatı
10000 m3/saat
Sumqayıt Sənaye Parkına təbii qaz təchizatı bütün təhlükəsizlik normalarına və müvafiq standartlara uyğun olaraq müəssisələrin tələblərini təmin edir. Gücü 10000 m3/saat təşkil edir.
Su təchizatı
10000 m3/gün
Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən müəssisələr müvafiq standartlara uyğun olaraq içməli və texniki su ilə təmin edilir. Bu təminatın fasiləsiz həyata keçirilməsi üçün sənaye parkının ərazisində içməli və texniki su anbarları, eləcə də nasosxanalar fəaliyyət göstərir. Ayrı-ayrılıqda içməli suyun gücü 10000 m3/gün, texniki suyun gücü 10000 m3/gün təşkil edir. Eyni zamanda müəssisələrin tullantı, proses və yağış sularının axıdılması üçün sənaye parkında ayrı-ayrı xətlər mövcuddur.
Daxili avtomobil yolları
Təmin edilir
Sumqayıt Sənaye Parkında avtomobillərin, o cümlədən yük avtomobillərinin rahat və maneəsiz hərəkəti üçün yüksək standartlara cavab verən daxili avtomobil xətləri inşa olunmuşdur və marşrut xətləri bütün istehsal və qeyri-istehsal məntəqələrini əhatə edir.
Dəmir yolu xətləri
Təmin edilir
Sumqayıt Sənaye Parkında dəmir yolu şəbəkəsi mövcuddur və bu xətlər istənilən istiqamətdə idxal və ixrac əməliyyatlarını, eləcə də ölkə daxili daşımaları həyata keçirməyə imkan yaradır.
Yeraltı qalereya
Təmin edilir
Sumqayıt Sənaye Parkında bütün növ kommunikasiya xətləri (elektrik kabelləri, fiber optik kabel, içməli, texniki və yanğına qarşı su xətləri) eni 3, hündürlüyü 2.2 m olan yeraltı tunellər vasitəsilə paylanır ki, bu da infrastruktur təminatını fasiləsiz və keyfiyyətli etməyə əlavə imkanlar yaradır.
Fiber-optik kabel
FO-24/12
Sumqayıt Sənaye Parkında müəssisələri yüksək sürətli internetlə təmin edən fiberoptik kabel xətti (FO-24/12) mövcuddur.
Loqistik imkanlar
2396 km
Moskva şəhərinin dəmir yol vağzalına qədər - 2396 km
3073 km
Sankt-Peterburq şəhərinin dəmir yol vağzalına qədər - 3073 km
Daha çox
Rezidentlər
“Azertexnolayn” MMC
“SOCAR Polymer” MMC
“AzerFloat” QSC
“SIKA” MMC
“Agro-Tech Solutions” MMC
“Alco” MMC
“STDC” MMC
“Azərxalça” ASC
“STP” MMC
“Tabaterra” QSC
SOCAR Karbamid Zavodu
“SumPlast” MMC
“Archi Glass” MMC
“Universal Packing İndustry” QSC
“Azmonbat” MMC
“Bakı Tekstil Fabriki” MMC
“Glassica” QSC
“Azersulfat” MMC
“Novus Plastica” MMC
“Azərbaycan Vanhong” MMC
"Az-Tex-Import" MMC
“Çinar-Servis” İKF
“AK PACK” MMC
“Kartaş Kimya” MMC
“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi
“Azairtechservice” MMC
“Neo Project” MMC
“Assan-STP Panel” MMC
“Sakuraz Green Energy” MMC
“Baku Steel Company” QSC
“Bakı Karton və Qutu Fabriki” MMC
“Azermirror” MMC
“Caspian Lubricants Recycling“ MMC
“Elba Chem” QSC
“Azerbaijan Energy Automotive Factory” MMC
"Azeka BM" MMC
"Bayraktar Teknoloji Azərbaycan" MMC
"Nun" MMC
“Azertexnolayn” MMC

“Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniya, Türkiyə, Çin texnologiyaları əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. “Azertexnolayn” MMC-nin 3 zavodu – Polad boru zavodu, Polietilen məmulatları zavodu və Texniki avadanlıqlar zavodu fəaliyyət göstərir.

Telefon:
(012) 377-44-44
Email:
info@azertexnolayn.com
“SOCAR Polymer” MMC

“SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Kanada, Avstriya texnologiyalarından istifadə edilməklə ildə 184 min ton polipropilen (PP) və 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edilir.

Telefon:
(012) 404-53-30
Email:
project@socarpolymer.az
“AzerFloat” QSC

“AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssidə Almaniya (HORN Glass İndustries) şirkətinin texnologiyası əsasında müxtəlif çeşiddə şüşə lövhələr istehsal edilir.

Telefon:
(012) 525-15-27
Email:
office@azerfloat.az
“SIKA” MMC

“SİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İsveçrə texnologiyası əsasında müxtəlif növ tikinti məhsulları (qatkıların) istehsal edilir. İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan “SİKA” 1910-cu ildə yaradılıb və dünyanın 100-dən çox ölkəsində 200-dən artıq fabriki fəaliyyət göstərir.

Telefon:
(012) 585-10-11
Email:
info@az.sika.com
“Agro-Tech Solutions” MMC

“Agro-Tech Solutions” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edilir.

Telefon:
(012) 430-30-62
Email:
office@agrokimya.com
“Alco” MMC

“Alco” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniya və İtaliya texnologiyası əsasında müxtəlif çeşiddə sürtkü yağları istehsal edilir.

Telefon:
(012) 585-10-05
Email:
info@aminol.az
“STDC” MMC

“STDC” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Data Mərkəzdə ABŞ və Avropa istehsalı avadanlıqlarından istifadə edilməklə müxtəlif tipli informasiyaların emalı, saxlanılması və ötürülməsi, informasiya təhlükəsizliyinin təmin olunması sahəsində beynəlxalq və yerli müştərilərə xidmət edilir. 

Telefon:
(050) 246-50-00
Email:
info@stdc.az
“Azərxalça” ASC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İtaliya, Fransa və Türkiyə texnologiyaları əsasında  yunun emalı nəzərdə tutulur ki, həmin xam yundan təmiz yun və iplik əldə olunacaq. Fabrikdə həmçinin ipliklərin boyanması prosesi də həyata keçiriləcək. 

Telefon:
(012) 465-17-52
Email:
info@azerxalca.az
“STP” MMC

“STP” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Texnologiyalar Parkı (STP) 2009-cu ildə Azərbaycan sənaye sektorunun inkişafına dəstək vermək, yerli istehsal potensialını gücləndirmək və ölkənin ixrac imkanlarını genişləndirmək məqsədilə yaradılıb. Bu gün STP Şirkətlər Qrupu regionun ən böyük sənaye komplekslərindən biridir.

Yaradıldığı gündən etibarən STP Şirkətlər Qrupunun əsas məqsədi beynəlxalq standartlara cavab verən, yüksək keyfiyyətli və rəqabətqabiliyyətli sənaye məhsulları istehsal etmək olub. Bu gün Şirkətlər Qrupunun məhsulları enerji, inşaat, neft-qaz və kənd təsərrüfatı sahələrində geniş istifadə olunur. Qrupun zavodları alçaq, orta və yüksək gərginlikli elektrik ötürücü və rabitə xətləri üçün müxtəlif növ kabellər; növbə gözləmə, ödəniş, kargo - terminallar; generatorlar; kabel kanalları; polimerdən sənaye və məişətdə istifadə olunan su, qaz boruları və həmçinin çirkab suların axıdılması üçün istifadə olunan borular; tökmə və qaynaq üsulu ilə hazırlanan fitinqlər; stadion oturacaqları; zolaq ayrıcıları; alüminium pəstahlar və profillər; mis və alüminium elektrotexniki çubuqlar; texniki qazlar və quru buz; geniş təyinatlı metal konstruksiyalar; körpülü və yerüstü kranlar və yüksək təzyiqli çənlər istehsal edir. Bundan əlavə, qrupun zavodları mexaniki yığım və antikorroziya örtüyü xidmətləri göstərir, o cümlədən qumlama və sinkləmə işlərini həyata keçirir.

 

Telefon:
*0990
Email:
info@stp.az
“Tabaterra” QSC

"Tabaterra" Qapalı Səhmdar Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Fabrikdə Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında beynəlxalq standartlara cavab verən ağır, yüngül və daha yüngül dərəcəli olmaqla üç növdə (Ənənəvi standart ölçülü - King Size formatlı siqaretlər, Müasir - Demi Slims formatlı siqaretlər və Super Slims – Nano formatlı siqaretlər) filterli siqaretlər istehsal edilir.

Telefon:
(012) 585-10-01
Email:
info@tabaterra.az
SOCAR Karbamid Zavodu

SOCAR Karbamid Zavodu Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Zavodda Danimarkanın “Haldor Topsoe” və Niderlandın “Stamicarbon B.V.” şirkətlərinin texnologiyası əsasında ildə 650-660 min ton azot gübrəsi istehsal edilir.

Telefon:
(012) 521-31-50
Email:
karbamid.zavodu@socar.az
“SumPlast” MMC

“SumPlast” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Zavodda Almaniya texnologiyası əsasında beynəlxalq standartlara cavab verən sənaye istifadəsi üçün FFS tipli polietilen filmlər istehsal edilir.

Telefon:
(050) 200-11-04
Email:
saftar@sumplast.az
“Archi Glass” MMC

“Archi Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə İtaliya, Çin və Türkiyə texnologiyası əsasında şüşə məmulatlar istehsal edilir.

Telefon:
(050) 225-71-26
Email:
info@archiglass.az
“Universal Packing İndustry” QSC

“Universal Packing Industry” QSC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Çin, İtaliya, Türkiyə və Rusiya kimi qabaqcıl ölkələrin texnologiyalarınadan istifadə edilməklə Azərbaycanda məişət təyinatlı malların qablaşdırılmasında istifadə olunan qofre karton, diplomat zərf, fayl və başqa bu kimi məhsulların istehsalı həyata keçirilir.

Telefon:
(050) 214-57-60
Email:
upi.qsc@gmail.com
“Azmonbat” MMC

"Azmonbat" MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə bir sıra ölkələrin qabaqcıl texnologiyaları əsasında istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur. 

Telefon:
(012) 490 75 22
Email:
info@azmonbat.com
“Bakı Tekstil Fabriki” MMC

“Bakı Tekstil Fabriki” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Türkiyə texnologiyası əsasında Azərbaycanda tibbdə və məişətdə mikrob, bakteriya və viruslardan mühafizə üçün istifadə olunan ikiqatlı və üçqatlı sadə və bakterioloji maskaların istehsalı həyata keçirilir.

Telefon:
(012) 412 02 06
Email:
office@btf.az
“Glassica” QSC

“Glassica” QSC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.

Telefon:
(050) 256 16 81
Email:
office@glassica.az
“Azersulfat” MMC

“Azərsulfat” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə qabaqcıl texnologiyaların tətbiqi ilə sulfat turşusunun istehsalı həyata keçirilir.

Telefon:
(012) 505 84 70
Email:
info@azersulfat.az
“Novus Plastica” MMC

“Novus Plastica” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə Yaponiya və Almaniya texnologiyalarının tətbiqi ilə iki istiqamət üzrə - polietilen borular üçün qara karbon konsentratı və mavi konsentrat, həmçinin polimer istehsalı zamanı yaranan qeyri-standart polimerlər və polimer kompozisiya materialları istehsal edilir.

Telefon:
(012) 599-67-67
Email:
office@economiczones.gov.az
“Azərbaycan Vanhong” MMC

“Azərbaycan Vanhong” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Kimya Sənaye Parkının ərazisində keramik plitələrin istehsalı həyata keçirilir.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
"Az-Tex-Import" MMC

"Az-Tex-Import" MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Sumqayıt Sənaye Parkının ərazisində "Az-Tex-Import" MMC tərəfindən "IVECO" markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı layihəsi həyata keçirilir.

Telefon:
(012) 464 87 75
Email:
info@aztexgroup.az
“Çinar-Servis” İKF

“Çinar-Servis” İKF Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
“AK PACK” MMC

“AK PACK” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə yumşaq polimer qablaşdırma məhsulları istehsal edilir.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
“Kartaş Kimya” MMC

“Kartaş Kimya” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə müxtəlif tikinti kimyəvi vasitələrin istehsalı həyata keçirilir.

Telefon:
(012) 347-10-10
Email:
info@mrfix.az
“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi

“SENSEMI DMCC” şirkətinin Azərbaycandakı Nümayəndəliyi Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Müəssisədə elektrik avtomat və sayğac istehsal ediləcək.

Telefon:
(051) 612-09-94
Email:
Info@sensemi.com
“Azairtechservice” MMC

“Azairtechservice” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

Telefon:
(012) 599-67-67
Email:
office@economiczones.gov.az
“Neo Project” MMC

“Neo Project” MMC-yə Sumqayıt Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Müəssisədə müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsal ediləcək.

Telefon:
(051) 240-46-60
Email:
Info@nprommc.com
“Assan-STP Panel” MMC

“Assan-STP Panel” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı sendviç panellərinin istehsalı həyata keçirilir.

Telefon:
(050) 246-48-28
Email:
info@assanpanel.com.tr
“Sakuraz Green Energy” MMC

“Sakuraz Green Energy” MMC-yə Sumqayıt Sənaye Parkının rezidentliyi statusu verilib.

 

Müəssisədə litium akkumulyatorlarının bərpası həyata keçirilir.

Telefon:
(051) 277-36-96
Email:
office@sakur.az
“Baku Steel Company” QSC

“Baku Steel Company” QSC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində ferrosilisium (FeSi) istehsalı həyata keçirilir.

Telefon:
(012) 490-08-00
Email:
pr@bakusteel.com
“Bakı Karton və Qutu Fabriki” MMC

“Bakı Karton və Qutu Fabriki” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağızın istehsalı fabriki yaradılacaq.

Telefon:
(051) 586-28-87
Email:
ks@bakikarton.az
“Azermirror” MMC

“Azermirror” MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. 

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində alüminium təbəqəli vərəqə güzgü istehsalı həyata keçiriləcək.

Telefon:
(050) 320-22-74
Email:
office@economiczones.gov.az
“Caspian Lubricants Recycling“ MMC

“Caspian Lubricants Recycling“ MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. 

 

Azərbaycan-Bolqarıstan birgə müəssisəsində mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının istehsalı həyata keçiriləcək.

Telefon:
(+359) 89-851-0586
Email:
office@economiczones.gov.az
“Elba Chem” QSC

“Elba Chem” QSC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində kalium sulfat (gübrə) istehsalı zavodu inşa ediləcək.

Telefon:
(050) 245-11-19
Email:
info@elba.az
“Azerbaijan Energy Automotive Factory” MMC

“Azerbaijan Energy Automotive Factory” MMC-yə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib.

 

Şirkət tərəfindən Sənaye Parkının ərazisində elektrik mühərrikli avtobusların istehsalı həyata keçiriləcək.

Telefon:
(012) 599 67 67
Email:
office@economiczones.gov.az
"Azeka BM" MMC

"Azeka BM" MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət tərəfindən boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal ediləcək.

Telefon:
(012) 599 67 67
Email:
azeka.bm.mmc@gmail.com
"Bayraktar Teknoloji Azərbaycan" MMC

"Bayraktar Teknoloji Azərbaycan" MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət tərəfindən sənaye parkının ərazisində "Pilotsuz uçuş aparatları istehsalı " layihəsi həyata keçirilir.

Telefon:
(012) 599 67 67
Email:
info@bayraktartech.az
"Nun" MMC

“Nun” MMC Sumqayıt Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.

 

Şirkət tərəfindən polimer kisə istehsalı layihəsi həyata keçiriləcək. 

Telefon:
(055) 388-07-07
Email:
info@nun.az