"Azpetrol Ltd" MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının qeyri-rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində “Yanacaq doldurma məntəqəsi” layihəsi həyata keçirilir.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı “Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2021-ci il tarixli 1453 nömrəli Fərmanı ilə yaradılmışdır.
Sənaye parkının yaradılmasında məqsəd
"Azpetrol Ltd" MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının qeyri-rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində “Yanacaq doldurma məntəqəsi” layihəsi həyata keçirilir.
"Ar Sadikoglu" MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının qeyri-rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində “Tikinti materialları bazar kompleksi” layihəsi həyata keçiriləcək.
"Avto Lizinq Azərbaycan" MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına texniki servis xidmətinin göstərilməsi nəzərdə tutulur.
“Prestij-Kimya“ MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Müəssisədə dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsalı həyata keçiriləcək.
“Holcim (Azərbaycan)” ASC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində əmtəə beton və quru yapışdırıcı istehsalını həyata keçirəcək zavod inşa olunacaq, eləcə də sement satışı üzrə terminal təşkil ediləcək.
“İmprotex Qarabağ Sənaye Kompleksi” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Müəssisədə minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalı həyata keçiriləcək.
“Az-Tex-Import” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində yük avtomobillərinə texniki servis xidmətlərinin göstərilməsi layihəsi həyata keçiriləcək.
“FTL” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidentliyi statusu verilib.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində Logistika Mərkəzi yaradılacaq.
“ZF Group” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində müxtəlif çeşiddə yapışqan lentlərin istehsalı həyata keçiriləcək.
“Bosco Shoes” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində ayaqqabı istehsalı müəssisəsi yaradılacaq.
“Mətanət” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində quru inşaat qatqıları istehsal ediləcək.
“Eos Qrup” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən sənaye parkının ərazisində fibrobeton və polistirolbeton blokların istehsalı müəssisəsi yaradılacaq.
“Karabakh Stone” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Müəssisədə yüksək keyfiyyətli tamet daşların istehsalı həyata keçiriləcək.
“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib.
Şirkət tərəfindən Sənaye Parkında 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur.
“East Foam Company” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən “Elastik poliuretan istehsalı” layihəsi həyata keçiriləcək.
“East Mattress Company” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən “Döşək istehsalı” layihəsi icra ediləcək.
“East Fabric Company” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən “Mebel sənayesi üçün üzlük istehsalı” layihəsi həyata keçiriləcək.
“East Components Company” MMC “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
Şirkət tərəfindən “Mebel komponentləri (hissələri) istehsalı” layihəsi həyata keçiriləcək.